Son 5 ildə mina qurbanlarının sayı 399-a çatıb - Rəsmi Bakı
Bu gün Azərbaycanın azad olunmuş ərazilərində faciəli mina hadisəsi baş verib, polis əməkdaşı Ağdamda ağır şəkildə yaralanıb. Partlayış nəticəsində əməkdaşın sağ ayağı amputasiya edilib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, bu hadisə ilə 2020-ci il müharibəsinin bitməsindən sonra mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb:
“Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi, bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”.