"Sputnik Azərbaycan"da saxlanılanlarla bağlı MƏLUMAT/VİDEO
“Sputnik Azərbaycan”da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılıblar.
“TV1” xəbər verir ki, Trend-in məlumatına görə, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.
Qeyd edək ki, bu gün “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilib. Polis ofisi nəzarətə götürüb.
Xatırladaq ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.