Stadnik 1/4 finalda uduzub
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
“TV1” xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısının budəfəki rəqibi monqolustanlı Otqonjarqal Dolqoryav olub.
Görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Dolqoryav finala çıxsa, güləşçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.