Starmer və Tramp gəmilərin Hörmüz boğazından keçidini müzakirə ediblər

media-ads_728_90

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla hərbi imkanları və gəmilərin Hörmüz boğazından keçməsini müzakirə edib.

“TV1” xəbər verir ki, “Reuters”-in məlumatına görə, Starmer bunu Fars körfəzi ölkələrinə səfəri zamanı bəyan edib.

O bildirib ki, hazırda beynəlxalq koalisiyanın yaradılması istiqamətində iş aparılır:

“Biz koalisiyasının yaradılması üzərində işləyirik. Siyasi və diplomatik plan hazırlayır, həmçinin hərbi imkanları və gəmilərin boğazdan faktiki keçid logistikasını nəzərdən keçiririk”.

Britaniya Baş naziri danışıqların təfərrüatlarını açıqlamayıb.

“NATO onilliklər ərzində bizi əhəmiyyətli dərəcədə daha təhlükəsiz edən müdafiə ittifaqıdır”, – deyə o qeyd edib.

media-ads_728_90
Paylaş