Şuşada bu işləri görmək qadağan ediləcək
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq.
“TV1” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.








