Tailandda 15 günlük matəm elan edilib

media-ads_728_90

Tailandın Kralı Maha Vajiralongkornun böyük qızı Şahzadə Phatchara Kittiyaphanın vəfatına görə 15 günlük matəm elan edilib.

“TV1” xəbər verir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi elana görə, bütün dövlət qurumları, müəssisələr və təhsil müəssisələri 12 iyundan etibarən bayraqlarını yarıya endirməlidirlər. Dövlət qulluqçuları və dövlət qurumlarının işçiləri 15 günlük matəm elan etməlidirlər.

Məlumata görə, şahzadə Phatchara Kittiyapha iyunun 11-də 47 yaşında Banqkokdakı Kral Çulalongkorn Memorial Xəstəxanasında vəfat edib . O, 15 dekabr 2022-ci ildən bəri huşsuz vəziyyətdə idi. May ayında tibbi səylərə baxmayaraq, şahzadənin vəziyyətinin həyati orqanlara təsir edən nəzarətsiz infeksiya səbəbindən pisləşdiyi bildirilib.

Qeyd edək ki, Şahzadə 2022-ci ilin dekabr ayında Nakhon Ratçasima əyalətində məşq zamanı huşunu itirmiş və ürək xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün paytaxtdakı xəstəxanalardan birinə köçürülmüşdü.

media-sahzade-phatchara

media-ads_728_90
Paylaş