Tailandda güclü yanğın olub - 11 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb

media-ads_728_90

Tailandın Phuket adasının Patonq rayonunda baş verən iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, daha 38 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, noyabrın 16-da gecə saatlarında motosiklet icarəsi mağazasının yaxınlığındakı yanacaq aparatın yaxınlığında baş verib və yaxınlıqdakı binalara yayılıb.

Yanğın beş dördmərtəbəli ticarət binasını əhatə edib. Kirayə mağazasının yaxınlığında park edilmiş bir neçə motosikletə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım xidmətlərinin əməkdaşları gəlib. Alovu söndürmək üçün beş yanğınsöndürmə maşını cəlb edilib. Xilasedicilər yanğını təxminən 40-50 dəqiqə ərzində nəzarət altına alıblar.

İlkin məlumata görə, tüstüdən zəhərlənmə də daxil olmaqla 38 nəfər xəsarət alıb. Zərərçəkənlər Patonq xəstəxanasına aparılıb.

Patonq polis bölməsinin rəisi bildirib ki, ölənlərin sayı 11 nəfərə çatıb.

Yanğının səbəbi və insan ölümlərinin başvermə şəraiti araşdırılır.

media-ads_728_90
Paylaş