“Tramp Marşrutu” Ermənistanı blokadadan çıxarır - Paşinyan
Ermənistan tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olur, bu, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi nəticəsində mümkün olur.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, yaxın zamanda “Tramp Marşrutu” və ya TRIPP layihəsinin işə salınması ilə əlaqədar böyük hadisələr gözlənilir, bu layihə Ermənistanı faktiki olaraq blokada vəziyyətindən çıxarır.
“Bu gün də Ermənistan blokadanı müəyyən dərəcədə aradan qaldırıb, çünki bildiyiniz kimi, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yükdaşımaları həyata keçirmək mümkündür və davam edir. Onu da deyim: siyasi razılaşma var, ixracın da dəmir yolu ilə həyata keçirilməsi mümkündür, əlbəttə, Gürcüstan ərazisi vasitəsilə – biz Azərbaycanla TRIPP layihəsi çərçivəsində dəmir yolunu açana qədər. Bu isə çox vacibdir”.








