Tramp Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanı dəstəkləyəcək
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkədə iyunun 7-də keçiriləcək parlament seçkilərində dəstəklədiyini bəyan edib.
“TV1” xəbər verir ki, bu barədə o “Truth Social”da yazıb.
“Nikolu tam və qeyd-şərtsiz dəstəkləyrəim”, – deyə ABŞ lideri vurğulayıb.
O qeyd edib ki, Nikolun köməyi ilə ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiya indiyədək çatmadıqları zirvələrə çatacaq.
Qeyd edək ki, Ermənistanda 2026-cı il iyunun 7-də parlament seçkiləri keçiriləcək. Seçkilərdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Robert Köçəryan, Qaqik Tsarukyan, Samvel Karapetyan iştirak edirlər.








