Tramp İrana təşəkkür etdi - Hörmüz boğazında...
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.
“TV1” xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
ABŞ Prezidenti Hörmüz boğazını “İran boğazı” kimi qeyd edib.
“İran elə indicə İran boğazının tam açıldığını və tam keçid üçün hazır olduğunu elan edib. Çox sağ olun”, – Tramp vurğulayıb.
Qeyd edək ki, xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazını açdığını bildirib.
O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur.








