Tramp: Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir - VİDEO

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun ailə münasibətləri və xanımı Bricit Makron haqqında qalmaqallı açıqlamalar verib.

“TV1” xəbər verir ki, D.Tramp Fransa prezidentinin həyat yoldaşı tərəfindən “çox pis” rəftara məruz qaldığını iddia edib.

Ağ Ev rəhbəri bildirib ki, Makron hələ də xanımının “çənəsinə endirdiyi zərbənin” təsirindən xilas ola bilməyib:

“Mən Fransaya, Makrona zəng edirəm. Xanımı onunla hədsiz dərəcədə pis rəftar edir. O isə hələ də çənəsinə dəyən zərbədən sonra özünü bərpa etməyə çalışır. Mən ona deyirəm: “Emmanuel, biz Fars körfəzində rekordlar qırmağımıza, pis adamları və ballistik raketləri məhv etməyimizə baxmayaraq, kiçik də olsa bir kömək almaqdan şad olardıq. Əgər imkanınız varsa, dərhal bura gəmilər göndərə bilərsiniz?”

ABŞ prezidenti deyib ki, Fransa lideri bu müraciətə rədd cavabı verib: “O mənə dedi ki, “Xeyr, xeyr, xeyr, Donald. Bunu edə bilmərik. Biz bunu ancaq müharibə başa çatandan və qələbə qazanıldıqdan sonra edə bilərik”. Mən isə cavabında bildirdim ki, xeyr, Emmanuel, müharibədən sonra mənə sənin köməyin lazım olmayacaq”.

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın onun və həyat yoldaşı Bricit Makronun ünvanına səsləndirdiyi fikirləri “ədəbsizlik” adlandırıb.

O, bu barədə Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Eşitdiyim və sizin istinad etdiyiniz ifadələr nə zərif, nə də ədəblidir. Bu qədər. Ona görə də cavab verməyəcəyəm, buna dəyməz”, – deyə E.Makron bildirib.

media-makron-arvadi

Fransa Prezidenti əlavə edib ki, ABŞ liderinin bu cür bəyanatları İranla davam edən hərbi münaqişə və enerji resurslarının qiymətlərinin artdığı çətin dövrdə səslənir.

E.Makron bu kontekstdə gərginliyin azaldılmasına və münaqişənin həlli üçün danışıqlara diqqət yetirməyə çağırıb: “Bu, həm regionun sabitləşməsinə, həm də ABŞ və tərəfdaşlarının zərər gördüyü ticarətin sərbəst hərəkətinin bərpasına kömək edəcək”.

media-ads_728_90
Paylaş