“Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək - Ararat Mirzoyan

media-ads_728_90

“Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

“Razılaşma ikitərəfli olacaq – Ermənistan və ABŞ arasında. Lakin tikinti mərhələsində tərəfdaşlara ehtiyac yaranacaq. Ehtimal ki, idarəetmə mərhələsində də bu belə olacaq”, – deyə A.Mirzoyan deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsi üçün ABŞ və üçüncü ölkələrlə əməkdaşlıq etdiyini açıqlayıb.

media-ads_728_90
Paylaş