Tramp NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə qapalı görüş keçirib.
“TV1” xəbər verir ki, danışıqlar Ağ Ev rəhbərinin ölkənin NATO-dan çıxması ehtimalı barədə bəyanatları fonunda keçirilib.
Tərəflər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpa edilməsi məsələlərini müzakirə etməli idilər.
CNN-ə müsahibəsində M.Rütte bildirib ki, Tramp onunla söhbəti zamanı Vaşinqtonun alyans üzrə bəzi müttəfiqlərinin İrandakı əməliyyat kontekstindəki hərəkətlərindən məyus olub. O, Amerika liderinin narazılığını başa düşdüyünü qeyd edib.
“O, açıq-aydın NATO üzrə bir çox müttəfiqlərdən məyusdur, mən onu anlaya bilirəm. Bununla belə, mən əksər Avropa ölkələrinin öz öhdəliklərinə əməl etdiklərinə zəmanət verərək bazalar, logistika, uçuşlar baxımından faydalı olduqlarını diqqətə çatdıra bildim”, – deyə alyansın baş katibi deyib.
Qeyd edək ki, D.Tramp “ABC” telekanalına müsahibəsində bildirmişdi ki, Vaşinqtonun Şimali Atlantika Alyansındakı tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq çağırışı NATO üçün bir sınaq idi, lakin blok bu sınaqdan keçə bilməyib.








