Türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir - Hikmət Hacıyev

media-ads_728_90

“Türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilən ümumi ailəmizdir”.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev “X” səhifəsində yazıb.

“Qəbələ Türk Dövlətləri Təşkilatının 12-ci Sammitinə ev sahibliyi edir. 12-ci Sammit sülh və təhlükəsizlik mövzusuna həsr olunub. Bu gün təhlükəsizlik məsələləri bütün ölkələr üçün xüsusi diqqət mərkəzində və əsas prioritet olaraq qalır”, – deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçıları və digər rəsmi şəxslər iştirak edirlər. TDT-nin XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

media-ads_728_90
Paylaş