Türkiyə Hörmüzlə bağlı mövqeyini ELAN ETDİ

media-ads_728_90

Həm ABŞ, həm də İran atəşkəsin vacibliyini anlayır və bu məsələdə səmimi mövqe nümayiş etdirir.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında atəşkəs məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, dünya ictimaiyyətinin əsas istəyi beynəlxalq keçidin azad və maneəsiz olmasıdır:

“Bizim mövqeyimiz Hörmüz boğazının sülh yolu ilə açılmasıdır. Beynəlxalq sülhməramlı qüvvələrin bu məsələyə müdaxilə etməsi isə çoxsaylı çətinliklər yarada bilər”.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Hörmüzün blokadasına başlandığını açıqlayıb.

Britaniya, Fransa və Avstraliya blokadaya qoşulmayacaqlarını bildiriblər.

media-ads_728_90
Paylaş