Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

media-ads_728_90

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar edir.

“TV1” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində intensiv istifadə olunan pilotsuz dəniz dronlarının idarəetməni itirməsi nəticəsində Qara dənizdə yaratdığı riskləri yaxından izləyir:

“Hərbi Dəniz Qüvvələri Komandanlığımıza bağlı birliklər Qara dənizdəki ərazi sularımızın qorunması məqsədilə fəaliyyətlərini davam etdirir”.

Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu “ALTURA” neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.

media-ads_728_90
Paylaş