Türkiyə Prezident Administrasiyasının Kahramanmaraşda məktəbə hücumla bağlı AÇIQLAMASI

media-ads_728_90

Kahramanmaraşda məktəbə hücum nəticəsində on nəfərin ölümünə səbəb olan hücumdan sonra guya uşaqların itkin düşməsi ilə bağlı iddialar ictimaiyyətin qəzəbinə səbəb olub. Türkiyə Prezident Administrasiyası Rabitə İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (CDC) bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.

“TV1” xəbər verir ki, CDC-nin sosial media səhifəsində yerləşdirilən açıqlamada deyilir:

“Kahramanmaraşda baş verən faciəli hadisədən istifadə edərək sosial mediada yayılan “hücum nəticəsində itkin düşmüş uşaqlar” iddiaları əsassız və həqiqətə uyğun deyil. Bu nəşrlər xaos, qorxu və panik atmosferi yaratmaq, ictimai həssaslığı hədəf almaq, dövlət qurumlarımızın nüfuzuna xələl gətirmək və dövlətimizə olan etimadı sarsıtmaq məqsədi daşıyan planlaşdırılmış qavrayış formalaşdıran əməliyyatlardır. Vətəndaşlarımızı birliyimizi sarsıtmağa yönəlmiş bu cür təxribatçı psixoloji müharibə məzmununa etibar etməməyə və yalnız rəsmi qurumların verdiyi açıqlamaları nəzərə almağa çağırırıq”.

Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir. Hücumla bağlı saxlanılan şübhəlilərin sayı 20-yə yüksəlib.

media-ads_728_90
Paylaş