Türkiyə qırıcı təyyarələrini Baltikyanı ölkələrə göndərir

media-ads_728_90

Türkiyə Hərbi Hava Qüvvələri avqust ayından etibarən Baltikyanı ölkələrdə NATO-nun hava məkanına nəzarət edəcək.

“TV1” xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ankara Estoniyaya beş ədəd F-16 qırıcı təyyarəsi və 76 nəfər hərbi heyət göndərir. Təyyarələr noyabr ayına qədər gecə-gündüz döyüş hazırlığı vəziyyətində qalmalıdır. Bu tədbirin səbəbi alyansın öz şərq cinahındakı təhlükəsizliklə bağlı artan narahatlıqlarıdır.

Son dönəmlərdə Rusiya dronları Rumıniya hava məkanına daxil olub. Türkiyə təyyarələri Estoniya, Latviya və Litva üzərində hava məkanının pozulması hallarına və naməlum hava obyektlərinə reaksiya verməlidir.

media-ads_728_90
Paylaş