Türkiyədə 4.3 maqnitudalı zəlzələ olub

media-ads_728_90

Türkiyənin Elazığ vilayətində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 10:37 (Bakı vaxtı 11:37) radələrində baş verən yeraltı təkanın ocağı 11.33 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

media-ads_728_90
Paylaş