Türkiyədə liseyə silahlı hücumla bağlı geniş araşdırma başlayıb - YENİLƏNİB 3/VİDEO
Türkiyədə liseydə silahlı hücum nəticəsində 16 nəfərin yaralandığı hadisə ilə bağlı polis genişmiqyaslı araşdırma başladıb.
“TV1” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı araşdırma başlanılıb və təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.
xxx
Türkiyədə məktəbə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, hadisəni törədən məktəbli özünü öldürüb.
Həmçinin bildirilib ki, yaralıların əksəriyyəti şagirddir. Onlardan birinin vəziyyəti ağırdır.
xxx
Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.
Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.
Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.
Şagirdlərin böyük əksəriyyətinin təxliyə olduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.








