Türkiyədə sel 2 nəfərin ölümünə səbəb olub

media-ads_728_90

Türkiyənin Osmaniyə əyalətinin bir neçə rayonunda yağan güclü yağışların yaratdığı sel insan tələfatına səbəb olub.

“TV1” xəbər verir ki, güclü yağışlarla əlaqədar Savrun çayı daşaraq Kadirli rayonunun bəzi ərazilərini basıb, körpü və bir neçə tikili uçub.

Selin apardığı avtomobildə olan 2 nəfər həlak olub.

Qonşu əyalətlərdən xilasedicilər fəlakət bölgəsinə göndərilib.

media-ads_728_90
Paylaş