Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

media-ads_728_90

Sabah Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

“TV1” xəbər verir ki, üç gün davam edəcək tədbirlər çərçivəsində Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur.

Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir.

media-ads_728_90
Paylaş