U-20 dünya çempionatında 1/8 finalçılar bəlli olub
Çilinin ev sahibliyi etdiyi futbol üzrə U-20 dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
“TV1” xəbər verir ki, bununla da 1/8 final mərhələsinə vəsiqə qazanan bütün ölkələr müəyyənləşib.
Beləliklə, bu raundda aşağıdakı yığmalar üz-üzə gələcəklər:
Çili – Meksika
Argentina – Nigeriya
Ukrayna – İspaniya
Kolumbiya – Cənubi Afrika Respublikası
ABŞ – İtaliya
Mərakeş – Cənubi Koreya
Paraqvay – Norveç
Yaponiya – Fransa
Qeyd edək ki, mundiala oktyabrın 19-da yekun vurulacaq. U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.