Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib
Ukrayna Permdə (Rusiya) “Lukoyl-Permnefteorqsintez” neft emalı zavoduna (NEZ) zərbə endirib.
“TV1” xəbər verir ki, hadisə nəticəsində neftin ilkin emalı üzrə AVT-4 qurğusu zədələnib, obyektdə yanğınlar yaranıb, o cümlədən vakuum və atmosfer rektifikasiya kolonlarında alovlanma baş verib.
Həmçinin, NEZ-ə neft tədarükünü təmin edən “Perm” xətt istehsalat-dispetçer stansiyasına hücum edildiyi də bildirilir. Məlumata görə, əvvəllər bu obyekt artıq pilotsuz uçuş aparatı ilə zərbələrə məruz qalıb və təkrar hücumdan sonra orada yeni yanğın ocaqları qeydə alınıb.
Hazırda rəsmi təsdiqlər və dəymiş ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.








