Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurub - 40 ölü
Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyanın qaz qurğusuna hücum edib.
“TV1” xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk zərbənin internetdə yayılan videosunu şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş.
Hücum nəticəsində 40-a yaxın heyət üzvünün məhv edildiyi vurğulanıb.