Ukraynanın kütləvi hücumundan sonra Krımın yarısı işıqsız qalıb

media-ads_728_90

Ukrayna iyunun 23-nə keçən gecədən etibarən ilhaq edilmiş Krıma kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.

“TV1” xəbər verir ki, zərbə Kerçdəki Arşintsevo rayonunda yerləşən İES-ə endirilib.

Məlumata görə, Kerçdəki İES-də güclü yanğın baş verib, yarımadanın yarısı işıqsız qalıb.

Həmçinin peyk çəkilişi məlumatlarına əsasən, təxminən 47 kilometr uzunluğunda tüstü zolağı qeydə alınıb.

Krım “hakimiyyəti” “elektrik şəbəkələrindəki texnoloji pozuntular” səbəbindən elektrik enerjisinin kəsildiyini bildirib. Elektrik təchizatının sutka ərzində bərpa olunacağı vəd edilir.

Eyni zamanda, Ukrayna dronlarının zərbələri Sovetski rayonundakı “Nasosnaya-2” yarımstansiyasında yanğına səbəb olub. Daha sonra yarımada sakinləri “TES-Terminal” neft məhsullarının saxlanılması kompleksinə hücum edildiyini bildiriblər.

Mənbələrin məlumatına görə, “Qafqaz” limanı da zərbəyə məruz qalıb və nəticədə oradakı neft bazasında yanğın başlayıb. Zərbənin fəsadlarını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

“Krım küləyi” monitorinq qrupu peyk məlumatlarına istinad edərək yarımadanın ərazisində, xüsusilə “Qafqaz” limanı ərazisində bir neçə yanğın ocağının olması barədə məlumat verib.

Bundan başqa, Kerçin girişində, “Yujnaya” dəmir yolu stansiyasında, eləcə də Baqerovo yaşayış məntəqəsinin yaxınlığında yanğınların baş verdiyi bildirilir. Kerç körpüsündə hərəkət bağlanıb, dron təhlükəsi elan edilib.

media-ads_728_90
Paylaş