Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib

media-ads_728_90

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha Bakıda Zəfər parkını, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ukraynaəsilli Milli Qəhrəmanı Viktor Seryoqinin məzarını ziyarət edib.

“TV1” xəbər verir ki, nazir görkəmli Ukrayna şairi Taras Şevçenkonun Azərbaycan paytaxtında ucaldılmış abidəsini də ziyarət edərək, önünə gül çələngi qoyub, abidənin yerləşdiyi parkda ağac əkib.

media-ads_728_90
Paylaş