Vladimir Putin Hakan Fidanla görüşüb

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin Rusiya–ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

“TV1” xəbər verir ki, Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bu ölkədə iki günlük səfərdədir.

Görüş Q. Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında baş tutub. Daha əvvəl həmin məkanda Rusiya–ASEAN sammitinin iştirakçısı olan nümayəndə heyətləri rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilmişdi.

Söhbət zamanı Putin Rusiya ilə Türkiyə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və dostluq xarakteri aldığını qeyd edib.

“Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz buna çox şadıq. Əlaqələrimiz çoxdan təmiz formal xarakter daşımaqdan çıxıb, onlar, həqiqətən, belə bir dostluq xarakteri daşıyır”, – deyən Rusiya Prezidenti vurğulayıb ki, bu, böyük dərəcədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə bağlıdır.

Putin həmçinin Türkiyə liderinə ən xoş arzularını çatdırmağı xahiş edib.

Öz növbəsində, H. Fidan Türkiyə Prezidentinin salamlarını Putinə çatdırıb və beynəlxalq gündəliyin zənginliyini qeyd edib.

“Müzakirə etməli olduğumuz çoxlu məsələlər var”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.

media-ads_728_90
Paylaş