Vüqar Hüseynovun yerinə O TƏYİN EDİLDİ - EKSKLÜZİV + FOTO

media-ads_728_90

‘’TV1’’  Konkret-az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Ramin Qurban Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin olunub.

Məlumat üçün bildirək ki, Ramin Gülağa oğlu Qurban Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və Beynəlxalq jurnalistika ixtisası üzrə magistr təhsili alıb. 2004–2006-cı illərdə radio fəaliyyəti ilə məşğul olub. 2006–2021-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) “Xəbərlər” proqramında müxbir kimi rəsmi və siyasi xəbərləri işıqlandırıb, redaktor vəzifəsində çalışıb.

Daha sonra fəaliyyətini Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fəaliyyətini şöbə müdiri kimi davam etdirib. Uzun illər ərzində dövlət əhəmiyyətli bir sıra yerli və beynəlxalq tədbirlərin mediada işıqlandırılmasında yaxından iştirak edib.

media-ads_728_90
Paylaş