“Wired”: ABŞ İrana zərbələr zamanı süni intellekt sistemindən geniş istifadə edib
ABŞ Müdafiə Nazirliyi İrana qarşı zərbələr zamanı İlon Maskın “xAI” kompaniyası tərəfindən hazırlanmış “Grok” adlı süni intellekt sistemindən geniş istifadə edib.
“TV1” xəbər verir ki, “Wired” jurnalı bu barədə Pentaqonun rəqəmsal texnologiyalar və süni intellekt üzrə baş direktoru Kemeron Stenliyə istinadla məlumat yayıb.
Məlumata görə, “Grok” artıq “Maven Smart Systems” proqramı çərçivəsində əməliyyatlara inteqrasiya olunub. Həmin proqram ilkin mərhələdə “Anthropic” şirkətinin “Claude” modeli əsasında fəaliyyət göstərib.
Kemeron Stenli “Grok” sisteminin əməliyyatın səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirib. Onun sözlərinə görə, sistem 96 saat ərzində minlərlə hədəfə zərbələrin planlaşdırılmasına imkan yaradıb.
Qeyd olunur ki, texnologiya kəşfiyyat məlumatlarının emalı və hərbi əməliyyatların dəstəklənməsi sahələrində geniş istifadə edilir. /azərtac/








