Azərbaycana 25 mindən çox iştirakçının gələcəyi gözlənilir - WUF13

media-ads_728_90

“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı ölkəyə 25 mindən çox iştirakçının gələcəyi gözlənilir”.

“TV1” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorun müavini Gülşən Rzayeva Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.

O qeyd edib ki, iştirakçılar arasında həm yerli, həm də xarici qonaqların iştirakı proqnozlaşdırılır:

“Regional iştirak baxımından əvvəlki forumlarda ən çox iştirakçının Afrikadan olduğu görülür. Ümumilikdə regional təmsilçilik çox rəngarəngdir və biz ümid edirik ki, bu dəfə də ölkələr forumda aktiv iştirak edəcək”.

media-ads_728_90
Paylaş