WUF13-ə həsr olunmuş növbəti məlumatlandırma sessiyası ADA Universitetində keçiriləcək

media-ads_728_90

Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilir.

“TV1”  xəbər verir ki, tədbirdə jurnalistlər üçün bir sıra mühüm məsələlər, – “WUF13 mövzuları və dialoqlar”, “Bakı şəhəri üzrə Baş Plan”, “WUF13 çərçivəsində müyəssərlik və inklüzivlik”, eləcə də “Yaşıl nəqliyyat və mikromobillik” kimi aktual istiqamətlər, – üzrə təqdimatların təşkili planlaşdırılıb.

 

media-ads_728_90
Paylaş