Xalq artisti Rasim Balayev vəfat edib

media-ads_728_90

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev vəfat edib.

“TV1” xəbər verir ki, Xalq artistinin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Rasim Balayev 8 avqust 1949-ci ildə Ağsu rayonunda anadan olub.

1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında “Ulduzlar sönmür” adlı ekran işində kiçik bir rolla böyük kinoya gəlib.

Xalq artisti bundan sonra “Nəsimi”, “Babək”, “Atları yəhərləyin”, “Dədə Qorqud” və digər onlarla filmdə əsas rollarda çıxış edib.

31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Rasim Balayev “Şərəf”, “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub.

media-ads_728_90
Paylaş