Xankəndi Dəmir Yolu Kompleksi belə olacaq

media-ads_728_90

Ağdam-Xankəndi dəmir yolu xətti ilə yanaşı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisinə də başlanılıb.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, kompleks gözləmə zalı, əyləncə mərkəzi, istirahət guşələri, mağaza və restoranlardan ibarət olacaq. Kompleks ərazisində Qarqarçayın sahilində bulvarın inşası da nəzərdə tutulub.

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Vətən müharibəsinin rəmzi kimi 44 sütun üzərində və “V” (“victory”, yəni qələbə) hərfi formasında layihələndirilib.

media-ads_728_90
Paylaş