Xocalıya növbəti köç karvanı çatıb: açarlar təqdim olunub - YENİLƏNİB

media-ads_728_90

Növbəti köç karvanı Xocalı rayonunun Ballıca, Təzəbinə və Badara kəndlərinə çatıb.

“TV1” xəbər verir ki,  bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatında qeyd edilib.

Bildirilib ki, bu mərhələdə Ballıca kəndinə 13 ailə, – 51 nəfər, Təzəbinə kəndinə 17 ailə – 72 nəfər, Badara kəndinə isə 17 ailə – 62 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarlarını təqdimetmə mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi Badara kəndində də genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, kənddə infrastrukturun yenidən qurulması ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görülür. “Köçən bütün ailələrin məşğulluğu məsələsi diqqət mərkəzindədir. Bunun üçün müxtəlif istiqamətlərdə işlər planlı şəkildə həyata keçirilir.

****  ****

12:36

Xocalı rayonunun Ballıca, Təzəbinə və Badara kəndlərinə növbəti köç yola salınıb.

“TV1” xəbər verir ki, Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ballıca kəndinə 13 ailə, – 51 nəfər, Təzəbinə kəndinə 17 ailə – 72 nəfər, Badara kəndinə isə 17 ailə – 62 nəfər köçürülüb.

media-ads_728_90
Paylaş