Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb - YENİLƏNİB

media-ads_728_90

Noyabrın 20-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti dəfə köç olub.

“TV1” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına əsasən, bu mərhələdə Şuşakəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb.

Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıdış münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramı çərçivəsində Şuşakənd və digər yaşayış məntəqələrində bütün əsas infrastruktur, yol, su, elektrik, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub.

Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşakəndə ümumilikdə 284 nəfər -yəni 76 ailə qayıdıb.

*** ***

12:40

Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

“TV1” xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 15 ailə (54 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 76-ya (284 nəfər) çatacaq.

media-ads_728_90
Paylaş