Növbəti köç karvanları Təzəbinə və Xanyurdu kəndlərinə çatıb - YENİLƏNİB
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan ailələr mənzil başına çatıb.
“TV1” xəbər verir ki, bu gün Ağdamın Dördyol adlanan ərazisindən yola salınan növbəti köç karvanları mənzil başına çatıb.
Ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
**** ****
12:29
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Təzəbinəyə 16 ailə (66 nəfər), Xanyurduna isə 11 ailə (38 nəfər) köçürülür.
Bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Təzəbinə kəndinə köçürülən ailələrin sayı 126-ya (567 nəfər), Xanyurduda məskunlaşan ailələrin sayı isə 110-a (378 nəfər) çatacaq.








