Yanğınlar Madrid ərazisindən 70 min nəfərin təxliyə edilməsinə səbəb olub

media-ads_728_90

Meşə yanğınları nəticəsində Madrid bölgəsindən təxliyə edilən vətəndaşların sayı 70 minə çatıb.

“TV1” xəbər verir ki, bu gün İspaniyanın Madrid və Kastiliya və Leon muxtar icmalarında 30 min nəfərin təxliyə olunması barədə göstəriş verilib.

Ötən gün yanğınlarla əlaqədar İspaniyanın Madrid muxtar icmasında və onunla qonşu olan Avila əyalətində (Kastiliya və Leon muxtar icması) milli səviyyədə fövqəladə vəziyyət tətbiq edilib.

Hakimiyyət bu tədbiri presedentsiz adlandırıb, çünki tarixdə ilk dəfədir ki, o, təbii yanğın zamanı tətbiq edilir. Əvvəllər İspaniyada milli səviyyədə fövqəladə vəziyyətlər yalnız elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi halında tətbiq edilirdi.

media-ads_728_90
Paylaş