Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib
Yaponiyada “böyük zəlzələ” xəbərdarlığından sonra Kanaqava prefekturasının yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
“TV1” xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin ilkin məlumatlarına görə, Kanaqava yaxınlığında 5,3 bal gücündə zəlzələ olub.
Yerin təxminən 10 kilometr dərinliyində qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
İtkilərlə bağlı məlumat yoxdur.