Yaponiyada 633 şagird və işçi norovirusdan zəhərlənib

media-ads_728_90

Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi zəhərlənib.

“TV1” xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziya kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zəhərlənmə halları martın 19-dan başlayıb. Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla, ardıcıl olaraq simptomlar yayılıb. Yerli səhiyyə mərkəzi yoluxmuş şagirdlərin bəzilərində norovirus aşkar edib. Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib.

İctimai səhiyyə mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb.

Qeyd edək ki, norovirus virus mənşəli xəstəlikdir və “mədə qripi” kimi də tanınır. Bu, çox yoluxucu bir virusdur və əsasən mədə-bağırsaq sistemini zədələyərək kəskin qastroenterit (ishal və qusma ilə gedən xəstəlik) yaradır.

media-ads_728_90
Paylaş