Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış baş verib - Ölənlər var

media-ads_728_90

Yaponiyanın Kyushu adasında baş vermiş 7,1 bal gücündə zəlzələdən sonra Kumamoto prefekturasının Kaşima qəsəbəsində yerləşən “Aeon Mall Kumamoto” ticarət mərkəzində partlayış baş verib.

“TV1” xəbər verir ki, partlayış nəticəsində ölənlərin olduğu bildirilir.

Rəsmi qurumlar 200 nəfərin təxliyyə olunduğunu və dağıntılar altında insanların qala biləcəyini istisna etmir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, iyulun 28-də Yaponiyanın Kyushu adasında 7,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb, Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün isə sunami xəbərdarlığı elan olunmuşdu.

media-ads_728_90
Paylaş