Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
“TV1” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.








