Yaxın Şərqdəki müharibə Sudanda içməli su qıtlığına səbəb olub

media-ads_728_90

İsrail və ABŞ-ın İranla müharibəsi bütün dünyada qiymətlərin artmasına səbəb olub. Sudanda təmiz suyun qiyməti də daxil olmaqla.

“TV1” BİLD-ə istinadən xəbər verir ki, Şimal-şərqi Afrika ölkəsinin su təchizatı yeraltı suların çıxarılması üçün dərin quyulardan asılıdır.

Dizel generatorları bu ölkədə insanları və mal-qaranı təmin edən su anbarlarına və ya boru kəmərlərinə su vurmaq üçün istifadə olunur. Xüsusən də, güclü istilər zamanı çoxlu suya ehtiyac var.

Qeyd edək ki, İran Hörmüz boğazını bağladıqdan sonra əlavə dizel yanacağı xərcləri səbəbindən suyun qiyməti 30% artıb.

Bir çox ailələr artıq təmiz içməli su ala bilmirlər və təhlükəli mənbələrdən içməyə məcbur olurlar. Bu isə tif və ya xolera kimi xəstəliklərin riskini artırır.

media-ads_728_90
Paylaş