Yaxın Şərqdəki münaqişə aviasiya sektoruna ağır zərbə vurub

media-ads_728_90

İran və ABŞ arasında atəşkəs elan olunmasına baxmayaraq, təyyarə yanacağının qiymətləri hələ uzun müddət yüksək qalacaq.

“TV1” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Virgin Atlantic” aviaşirkətinin baş direktoru Kornel Koster “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “xoş atəşkəs xəbərinə” baxmayaraq, təyyarə yanacağının qiymətləri fevral ayında ABŞ və İsrailin İrana qarşı münaqişəsi başlamazdan əvvəlki vaxta nisbətən iki dəfədən çox yüksəkdir. Uzanan münaqişə qlobal daşımalara olan tələbata da mənfi təsir göstərəcək.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru Villi Uolş da eyni fikirdədir. O deyib ki, Hörmüz boğazında gəmiçilik bərpa olunsa belə, reaktiv yanacaq tədarükünün bərpası bir neçə ay çəkəcək. Habelə Yaxın Şərqin neft emalı infrastrukturuna dəyən ziyan səbəbindən reaktiv yanacağın qiymətləri yüksək olaraq qalacaq.

Qlobal reaktiv yanacağın qiymətlərinin artması ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlıdır. Bu, aviaşirkətləri bilet qiymətlərini qaldırmağa və uçuşların ləğvinə məcbur edib. Avstraliyanın “Jetstar” və Yeni Zelandiyanın “Air New Zealand” aviaşirkətləri də uçuşların ləğv olunduğunu açıqlayıblar.

Qəzetin məlumatına görə, “Virgin Atlantic” xidmət sinfindən asılı olaraq, bilet qiymətlərinə 50 funt sterlinqdən 360 funt sterlinqə qədər yanacaq yığımları əlavə edib.

media-ads_728_90
Paylaş