Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır - Paşinyan
Mən bu məsələ ilə bağlı mövqeyimi açıq şəkildə ifadə etdim və dedim ki, Ermənistanın yeni konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
“TV1” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bunun əsaslandırılması nədir? Dünən yenidən danışdım və son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışıram. Əgər bu gün yeni bir konstitusiya qəbul etsək və həmin konstitusiyanın mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olsa, onda bu, Qarabağ hərəkatını davam etdiririk deməkdir”, – deyə Paşinyan vurğulayıb.
O bildirib ki, Qarabağ hərəkatının davam etdirilməsi Azərbaycanla yenidən münaqişəyə səbəb olacaq. Bu isə artıq sülhün mümkün olmaması deməkdir.








