Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı yanğınla əlaqədar əhaliyə təxliyə xəbərdarlığı edilib

media-ads_728_90

Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı Pylaia rayonunda baş vermiş yanğınla əlaqədar mülki müdafiə orqanları əhaliyə təxliyə xəbərdarlığı edib.

“TV1″ xəbər verir ki, hadisə ilə əlaqədar Avropanın vahid fövqəladə yardım sistemi olan “112” vasitəsilə sakinlərin mobil telefonlarına iki xəbərdarlıq mesajı göndərilib.

Yanğının söndürülməsinə 27 yanğınsöndürən, 12 xüsusi texnika, könüllülər, iki yanğınsöndürən təyyarə və dörd helikopter cəlb olunub.

Yerli hakimiyyət orqanları vəziyyətin nəzarətdə saxlanıldığını, yanğının yaşayış məntəqələrinə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

media-ads_728_90
Paylaş