10 erməni Azərbaycandan Ermənistana təhvil verilib

media-ads_728_90

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus Ermənistana təhvil verilib.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan açıqlayıb.

O qeyd edib ki, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər.

A.Torosyan deyib ki, həmin şəxslər 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.

Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin öz yazılı xahişləri nəzərə alınaraq onların Ermənistan tərəfinə keçməsinə şərait yaradılıb.

media-ads_728_90
Paylaş