Milli radiomuzun fəaliyyətə başlamasının 100 illik yubileyi münasibətilə nəşr olunan Ensiklopediyanın təqdimat mərasimi keçirilib
Noyabrın 6-da respublikamızda milli radiomuzun fəaliyyətə başlamasının 100 illik yubileyi münasibətilə nəşr olunan Ensiklopediyanın təqdimat mərasimi keçirilib. Bu, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən nəşr edilmiş ilk ixtisaslaşdırılmış məlumat kitabıdır.
“TV1” xəbər verir ki, tədbirdə uzun illər ərzində AzTV-də çalışmış korifey sənətkarlar, efir simaları ilə yanaşı müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, alimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edənlər Azərbaycan televiziya və radio yayımının bir əsrlik inkişaf yolundan, milli media tarixində AzTV-nin xüsusi rolundan və bu sahədə xidmətləri olan görkəmli şəxsiyyətlərin fəaliyyətindən bəhs ediblər.
Qeyd olunub ki, yubiley münasibətilə nəşr edilən Ensiklopediya Azərbaycan televiziya və radio tarixinin sistemli şəkildə araşdırılması, zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəşrdə televiziya və radio sahəsinin inkişaf mərhələləri, bu sahədə çalışan tanınmış simalar və milli teleradio məkanının formalaşmasına töhfə vermiş şəxsiyyətlər haqqında məlumatların yer alması onun tarixi və mədəni dəyərini daha da artırır.
Milli Teleradionun muasir tarixi oz ənənələrinə sıx bağlıdır. Yüksək əyarlı peşəkar telekanal olan Aztv bu ənənyə bağlılığı ilə seçilir. Milli teleradiomuz yarandığı gundən xalqımızın təfəkkurunu formalaşdıran ziyalılarımızla zəngin olub. Odur ki, bu gün də mənəvi dəyərlərə sədaqət, milli ozunudərk və Azərbaycancılıq
ruhu Ana televiziyamızın efir siyasətində görünür.
Ulu öndər Heydər Əliyev Azərbaycan Televiziyasını xalqımızın milli sərvəti adlandırmışdı. Bu qiymət hər bir televiziyaçı ucun boyuk məsuliyyətdir.
Bu məsuliyyət isə keçmişə söykənməklə gələcəyə baxmaqdan keçir.
Tədbir bədi hissə ilə davam edib.








