Azərbaycanda alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı dövlət rüsumu ləğv edilir.
“TV1” xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Hazırda qüvvədə olan qanuna görə alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı 100 manat rüsum alınır.








