Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

media-ads_728_90

Bakıda müntəzəm marşrut avtobusları ilə sərnişindaşımada rekord göstərici qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, cari ilin oktyabr ayında paytaxtda müntəzəm marşrut avtobusları ilə 53 milyon 921 min 482 sərnişin daşınıb.

İlin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 milyon 227 min 196 nəfər təşkil edib.

Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında 15 faizdən çox, yanvar-sentyabr aylarında isə 7 faiz artım deməkdir.

media-ads_728_90
Paylaş